Xarici Mǝtbuat

Türkiyǝnin gündǝmindǝki  ǝsas  mövzular  Xarici  mǝtbuat vǝ veriliş  orqanlarında

605281
Xarici Mǝtbuat

Qǝtǝr veriliş orqanı Əl Cǝzirǝ, “hǝdǝf, Türkiyəni beynəlxalq sahədə çətin vǝziyyǝtǝ salmaq” başlığı ilǝ çatdırdığı xǝbǝrdǝ: “Prezident Rəcəb Tayyib Ərdoğana görǝ həbs olunan Xalqların Demokratik Partiyası HDP millǝt vǝkillǝri mǝhkǝmǝnin çağırışına biganǝ qaldıqları üçün belǝ bir proses yaşanıb. Ərdoğan, Millǝt vǝkillirinin hǝbs edilmǝlǝrinǝ reaksiya verǝn Qǝrb ölkǝlǝrdǝn sǝrt tǝnqid edǝrǝk, TBMM-dǝ terror təşkilatı PKK dǝstǝkçilǝrinin olduğunu, bunların Məclisǝ, dövlətǝ, millətǝ, mǝhkǝmǝlǝrǝ hörmǝtsizlik edǝrǝk, Türkiyəni beynəlxalq sahədə çətin vǝziyyǝtǝ salmaq istǝdiklǝrini qeyd edib. Beynəlxalq hücumlardan qorxmadığını, özü üçün millǝtin hǝr şeydǝn üstün olduğunu vurğulayıb.

ABŞ-nın sǝsi radiosu (VOA): “prezident Ərdoğan Avropanı kǝskin dillǝ tǝnqid edib”. Prezident Ərdoğan, İstanbulda bir tǝdbirdǝ etdiyi çıxışında: “ Avropa PKK-nı terror təşkilatı qǝbul edib. Baxmayaraq bu xain tǝşkilata dǝstǝk vermǝkdǝ davam edir. Bunun göstǝricisi isǝ PKK mǝnsubu quldurların Avropada istǝdiklǝri kimi hǝrǝkǝt etmǝlǝridir”. Avropa ölkələri terrora dəstəklǝri sǝbǝbindǝn kǝskin dillǝ tǝnqin edǝn Ərdoğan, terror təşkilatı PKK-nın keçən bir il ǝrzindǝ təxminən 800 təhlükəsizlik mǝnsubunu şǝhid etdiyini, aralarında qadın və uşaqların da olduğu 300 dinc sakini öldürdüyünü qeyd edib.

Almaniyanın media quruluşu Deutsche Welle,”Avropa İttifaqı Türkiyənin yanında olduğunu hiss etdirməli” başlıqlı xǝbǝrindǝ Avropa İttifaqının Xarici Əlaqələr Şurasının Berlin Bürosunun Direktoru Josef Janningin Türkiyǝ ilǝ bağlı açıqlamasını çatdırıb. Josef Janning mövzu ilǝ bağlı bǝyanatında: “Alman hökuməti, Türkiyəyǝ dǝstǝk mövzusunda səmimi olmalıdır. Avropa İttifaqı qapısının Türkiyəyə açıq olduğunu hiss etdirilməlidir. Bu çǝrçivǝdǝ immiqrantlarla ǝlaqǝli yardımları dǝrhal artırmalıdır. Hǝtta Almaniyalı rǝsmilǝr Türkiyǝni ziyarǝt etmǝlidilǝr. Ərdoğanın hǝr fürsǝtdǝ sǝslǝndirdiyi ‘Aİ bizi istəmir’ düşüncǝsi puça çıxarılmalıdır. Türkiyənin sərhədində yaşanan döyüşǝ, 3 milyon qaçqına ev sahibliyi etmǝsinǝ, terror təşkilatları PKK və DEAŞ-ın törǝtdiyi hadisǝlǝrǝ, 15 iyul çevriliş cǝhdinǝ diqqǝt çǝkǝn Janning, Avropa İttifaqının bu qǝdǝr problemǝ qarşı mübarizǝ edǝn Türkiyǝyǝ dǝstǝyini ǝsirgǝmǝmǝli deyib.

 China Radio International (CRI), “Türkiyə ilə Çin strateji əlaqələri daha da irǝli pillǝlǝrǝ qaldırır” başlıqlı xǝbǝrindǝ bildirib: Baş nazir Binali Yıldırım, Türkiyǝdǝ rǝsmi sǝfǝrdǝ olan Çinin Baş nazir müavini Wang Yang ilə bir araya gǝldiyi görüşdǝ, Türkiyə-Çin ticarət ǝmǝkdaşlığının hǝr iki ölkǝyǝ töhvǝ verdiyini, Çinli turist sayının artmasını yüksǝk qiymǝtlǝndirdiklǝrini, tarixi İpək Yolunun iki əhəmiyyətli ölkəsi olan Türkiyə və Çinin, İpək Yolunun inkişafını təmin edəcəyini, Şərq-Qərb sürətli qatar layihəsinə üstünlük verdiklǝrini, layihənin iki tərəfin ortaq səyiylə qıssa müddǝtdǝ tamamlanmasını istǝdiklǝrini vurğulayıb.

Keçən ildən bǝri Çin prezidenti Xi Jinpingin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə dǝfǝlǝrlǝ görüşdüyünü xatırladan qonaq Baş nazir müavini Wang Yang da, qarşılıqlı danışıqların müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinǝ, iki ölkənin sürətli qatar və nüvə stansiya sahəsindǝ lazımlı   addımları   sürǝtlǝ   atmasına töhvǝ verǝcǝyinǝ inandığını qeyd edib.



Әlaqәli Xәbәrlәr